Bakıda söküntü işləri aparılan ərazidə yanğın baş verdi

Bakıda söküntü işləri aparılan ərazidə yanğın baş verdi

Bakı şəhərinin Yasamal rayonunda söküntü işləri aparılan ərazidə məişət tullantıları və taxta konstruksiyadan ibarət hasar yanıb.

AzerTimes Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin faraları və “Hyundai” markalı minik avtomobilinin ön buferi əriyib.

Hər iki avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: