Hindistan ilk dəfə özünün istehsalı olan gəmi əleyhinə raketin sınağını keçirib

Hindistanın Hərbi-Dəniz Qüvvələri ilk dəfə özünün istehsalı olan
gəmi əleyhinə raketin sınağını keçirib.

Trend-in
məlumatına görə, raketin buraxılışı Odişa ştatındakı sınaq
poliqonunda keçirilib.

“Hava – səth” tipli raket helikopterdən şərti hədəfə doğru
buraxılıb. Hədəfin uğurla vurulduğu bildirilib.

Yeni gəmi əleyhinə raket Hindistanın Müdafiə Araşdırmaları və
İnkişaf Təşkilartı tərəfindən istehsal edilib.