Hindistan heroin daşıyan PUA-nı AK ilə vurdu

Hindistan heroin daşıyan PUA-nı AK ilə vurdu

Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələri və Pəncab polisinin keçirdiyi birgə əməliyyat zamanı Amritsar bölgəsində beş kiloqram heroin daşıyan PUA vurulub.

AzerTimes xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Hadisə bu səhər saatlarında Hindistan-Pakistan sərhədinin 2 kilometrliyində yerləşən kəndin ərazisində baş verib.

PUA AK-47 silahından açılan atəş nəticəsində vurulub.

Polisin məlumatına görə, dron ABŞ və Çin istehsalı olan hissələrdən yığılıb və güclü akkumulyator, infraqırmızı gecəgörmə kamerası və GPS sistemi də daxil olmaqla, yüksək texnologiyalı detallarla təchiz edilib.

Teqlər: