Hindistan “AstraZeneca” vaksininin ixracını müvəqqəti dayandırıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistan “AstraZeneca” şirkətinin bu ölkədə istehsal olunan koronavirus vaksinlərinin ixracını müvəqqəti dayandırıb.

AzerTimes-ın məlumatına görə, qərar COVAX mexanizmi çərçivəsində tədarüklərə də təsir edə bilər.

Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX mexanizmi tədarükünün təmin olunması ilə bağlı Hindistan hökuməti ilə danışıqlar aparır.


COVAX bu günədək Hindistandan 17,7 milyon doza “AstraZeneca” vaksini əldə edib. Ümumilikdə, Hindistan 70-dən çox ölkəyə 60 milyon dozadan çox vaksin ixrac edib.