HİMARS tarix yazır: Bakıda ondan yaxşısı var – Felgenhauer

HİMARS tarix yazır: Bakıda ondan yaxşısı var – Felgenhauer

Azərbaycanda artıq HİMARS-ın analoqları var. Bunlar LORA da daxil olmaqla İsrailin operativ taktiki raket sistemləridir (OTRS). Onlar hətta HİMARS-dan da üstündürlər.

AzerTimes Moderator.az-a istinadla xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felgenhauer xarici mediaya açıqlamasında deyib.

O bildirib ki, LORA 400 kilometrə qədər uçuş məsafəsinə və yüksək dəqiqliyə malikdir:

“Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu həmin sistemlərdən Ermənistan ərazisində bundan əvvəl Gəncənin bombalandığı “Skad B” tipli “R17” operativ raketlərinin batareyasını məhv etmək üçün istifadə edib. Eləcə də Kəlbəcərdəki strateji körpünü vurublar. LORA-ların başqa nailiyyətləri də olub. Ukraynada hələ ki, bu mənzilli raketlər yoxdur”.

Onun fikrincə, HİMARS-ın münaqişə tərəflərinə çatdırılması, çətin ki, mümkün olsun:

“ABŞ və ya İsrail Ermənistanı təmin etməyəcək. Çünki Ermənistanın İranla əlaqələri var. Azərbaycanda isə artıq belə sistemlər var və onlardan səmərəli istifadə edilib”.

Teqlər: