Azərbaycan Minalardan Təmizləmə Agentliyi tərəfindən idarə olunan Belçika minatəmizləyən iti mina partlaması nəticəsində tələf olub.
AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Qubadlıda minaya düşərək tələf olan Belçika malinuası Dina ləqəbli minaaxtaran itlə bağlı paylaşımında yazıb.
H.Hacıyev xatırladıb ki, partlayışda həmçinin minatəmizləyən də ağır xəsarət alıb.
“Ermənistanın 30 illik işğalı ərzində basdırdığı minalar ciddi təhlükə yaratmaqda davam edir”.