Hikmət Hacıyev israilli həkimlərə təşəkkür edib (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qazilərə göstərdikləri köməyə görə israilli həkimlərə təşəkkür edib.

AzerTimes-ın məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

O bildirib: “Biz yaralı əsgər və zabitlərimizə oftalmoloji dəstək göstərmiş israilli həkimlərə və İsrailin Azərbaycandakı səfirliyinə təşəkkürümüzü bildiririk. Bir həyatı xilas edən, dünyanı xilas edir”.

Teqlər: