Hikmət Hacıyev İranla münasibətlərdən danışdı

Hikmət Hacıyev İranla münasibətlərdən danışdı

Bakı və Tehran münasibətlərdəki gərginliyi azaltmaq üçün dialoqu davam etdirirlər.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib.

“Azərbaycan və İran qonşudur və bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə hücum və diplomatik nümayəndəliyin əməkdaşının qətlə yetirilməsi münasibətlərdə gərginliyə səbəb olub. Hazırda diplomatik kanallar cəlb olunub və İranın müvafiq rəsmiləri də Azərbaycanda səfərdədir. Bu gərginliyi azaltmaq üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir”, – Hacıyev əlavə edib.

Teqlər: