Aysel Fərziyevaya yeni vəzifə verildi

Aysel Fərziyevaya yeni vəzifə verildi

Qida Təhlükəsizliyi Agentliyinin keçmiş mətbuat katibi, tanınmış aparıcı Aysel Fərziyeva yeni vəzifəyə təyinat alıb.

AzerTimes xəbər verir ki, o, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

A.Fərziyeva 2018-ci ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.

Teqlər: