Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə səfirliyin Teleqram kanalında bildirilib.
Qeyd olunub ki, görüşdə iki ölkə arasındakı münasibətlər və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.