Hikmət Hacıyev Brüsseldə Aİ komissarı ilə görüşüb

Brüsseldə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Oliver Varhelyi özünün “Twitter” hesabında bildirib.

Bildirilir ki, görüşdə Aİ-Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19-dan sonra iqtisadi bərpa və TAP boru kəmərinin potensialı müzakirə olunub.

Teqlər: