Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü

Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdü

İsrailin Baş naziri Benyamin Netanyahu və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyinin “X” səhifəsində bildirilib.

“Benyamin Netanyahu cənab Hacıyevi qəbul edib, o, İlham Əliyevin salamlarını və ən xoş arzularını Baş nazirə çatdırıb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub”, – səfirliyin məlumatında qeyd olunub.

Teqlər: