Hikmət Hacıyev azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb (FOTO)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici
bloggerlər və səyyahlarla görüşüb.

AzerTimes xəbər verir ki, bu
barədə Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

“Üçgünlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş
ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə
görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı
inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma
perspektivləri barəsində danışdıq”, – H.Hacıyev qeyd edib.

Teqlər: