Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Toivo Klaar tviterdə qeyd edib.

“Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu”, – paylaşımda deyilir.

Teqlər: