Hikmət Hacıyev Alon Uşpizlə danışdı

Hikmət Hacıyev Alon Uşpizlə danışdı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktoru Alon Uşpiz arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitter hesabında bildirib.

Bu gün baş tutan telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Teqlər: