Müsəlman qıza hicabda boks rinqinə çıxmağa icazə verildi. 16 yaşlı müsəlman Amaiya Zafar Minnesota ştatında yaşayır.
Dini qaydaları nəzərə alaraq gənc idmançıya döyüş zamanı başını, eləcə də əl və ayaqlarını bağlamağa icazə verilib.
“Bu vacib addımdır. O, çox əziyyət çəkib, öz qabiliyyətini nümayiş etdirməyə haqq qazanıb. Mən ona görə çox sevinirəm”- deyə onun məşqçisi Natanil Hayle bildirib.