Bakıda hava yenə soyuyacaq

Bakıda hava yenə soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda aprelin 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilib. Axşam buludluluğun artacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 15-19 dərəcə olacaq.

Bakıda gecə 7-9° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

Aprelin 24-də Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi metehəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.