Xəbər - Samir Əli – Trend:
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində maliyyə
pozuntularının aşkarlanması ilə bağlı Hərbi Hava Qüvvələrinin (HHQ)
Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində
həbs qətimkan tədbirin seçilməsi üçün istintaq orqanının
təqdimatına baxılıb.
AzerTimes-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə
keçirilən prosesdə təqdimat təmin edilib, C. Kazımov barəsində 4 ay
müddətinə həbs qətimkan tədbiri seçilib.
C.Kazımov 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Maliyyə
İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə
şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin
rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal
Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi
tərəfindən həbs qətimkan tədbiri seçilib.