ƏDV-ni “Kabinetim”də topla!

Azercell-in “Kabinetim” tətbiqində “ƏDV Geri Al”
xidmətindən istifadə mümkün oldu

Abunəçilərinin rahatlığı üçün daha geniş imkanlar yaradan
Azercell “Kabinetim” mobil tətbiqi vasitəsilə Azərbaycan telekom
bazarında növbəti ilkə imza atdı! Belə ki, “Kabinetim” tətbiqinin
istifadəçiləri artıq bu platformada “ƏDV Geri Al” xidmətindən də
istifadə edə bilərlər.

“ƏDV Geri Al” xidməti “Kabinetim” tətbiqinin kənar menyusunda
yer alır. Xidmətdən istifadə üçün hansısa xüsusi səhifəyə daxil
olmağa ehtiyac yoxdur. İstifadəçilər sadəcə “Əlavələr” menyusundan
QR düyməsinə sürətli çıxış əldə edərək alış-veriş qəbzlərini skan
edib ƏDV-ni geri ala bilərlər.

“Kabinetim”in təqdim etdiyi bu yeniliyin əsas özəlliyi ondan
ibarətdir ki, “Kabinetim” istifadəçiləri yeni xidmət sayəsində ƏDV
balansını dərhal Azercell nömrəsinin balansına köçürməklə, bu mobil
tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərindən yararlana
bilərlər.

Azercell şirkəti “ƏDV Geri Al” xidmətini ABB ilə birgə layihə
çərçivəsində reallaşdırır. Tətbiq daxilində bu xidmətlə bağlı
məlumatlandırma ani ekran (push) bildirişləri şəklində həyata
keçirilir. “Kabinetim” istifadəçiləri həm də mobil tətbiqin onlayn
çat bölməsində “ƏDV Geri Al” xidməti ilə bağlı bütün suallara cavab
əldə edə biləcəklər.


“ƏDV Geri Al” xidməti Azərbaycanda pərakəndə ticarət və ya iaşə
müəssisələrindən əldə edilmiş mallara görə nağdsız qaydada
ödənilmiş ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin 10
faizinin geri qaytarılması layihəsidir.

Xatırladaq ki, bağlantını asanlaşdırmaqla abunəçilərinin
həyatını daha da dolğun etməyi hədəfləyən Azercell “Kabinetim”
xidməti üzərindən abunəçilərinə 24 saat ərzində nömrəyə onlayn
nəzarət etmək imkanını yaradır. Azərbaycan, rus və ingilis
dillərini dəstəkləyən “Kabinetim” tətbiqi vasitəsilə balansı
artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək,
bir çox xidmətləri aktiv və deaktiv etmək, onlayn çatda müştəri
xidmətləri ilə dərhal əlaqə saxlamaq mümkündür. “Kabinetim”
üzərindən Bookmate onlayn kitabxanasına, xarici dillər öyrənmək
üçün Busuu proqramına, 200-dən çox kanala abunəlik verən NNTV,
dünya üzrə 50 milyondan çox musiqi və minlərlə podkast bazası olan
SberZvuk və digər tətbiqlərə qoşulmaq olar.

Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan
çoxfunksional “Kabinetim” tətbiqini App Store, PlayStore və ya
Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.

Teqlər: