Həzi Aslanovun anadan olmasının 111- ci ildönümü münasibəti ilə ekskursiya keçirilib (FOTO)

2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 111-ci ildönümü münasibətilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan Ordusunun bir qrup tankçısının Lənkəran şəhərinə ekskursiyası təşkil olunub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ekskursiya Şəhidlər Xiyabanının ziyarət olunması ilə başlayıb. Vətən uğrunda canlarından keçən Şəhidlərin məzarı üstünə qərənfillər düzülüb, ruhlarına dualar oxunub.

Sonra Həzi Aslanovun Lənkəran şəhərindəki Ev muzeyi ziyarət olunub. Muzeyin bələdçisi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun həyat və döyüş yolu haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verib.
Ekskursiya başa çatdıqdan sonra tankçılar Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunması uğrunda qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş Biləsuvar rayon Çaylı kəndindən olan döyüşçü yoldaşlarının məzarlarını da ziyarət ediblər.

Teqlər: