Heyvan və heyvandarlıq məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!

Məlum olduğu kimi, 2021-ci il 3 dekabr tarixli 415-VIQD
nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq
sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan
dövlət rüsumlarının məbləğlərində bir sıra dəyişikliklər
edilib. Heyvanlar kəsilərkən müayinələrin aparılmasında heç də
həmişə laboratoriya analizlərinə ehtiyac yoxdur. Məhsulun
təhlükəsizliyi ilə bağlı şübhəli hal meydana gələrsə,
laboratoriya analizlərinin aparılmasına zərurət yarandıqda bunun
üçün sözügedən rüsumlardan başqa, əlavə xidmət haqqı
ödənişləri tələb oluna bilər.

AQTA-dan Trend-ə verilən məlumata görə, heyvan və
heyvandarlıq məhsullarının müvafiq normalara cavab verməsini
müəyyənləşdirmək məqsədilə aparılan baytarlıq nəzarəti
tədbirlərinə görə ödənilən dövlət rüsumlarının məbləğində isə
heç bir dəyişiklik edilməyib. Əlavə olaraq, kəsilən quşların
müayinəsi üçün hər quşa görə rüsum 5 qəpikdən 2 qəpiyə
endirilib.

Qeyd edək ki, dövlət rüsumlarının məbləğlərində edilən
dəyişiklər 2022-ci il yanvar ayının 1-dən qüvvədədir.

Teqlər: