Həyətindəki istixanada narkotik yetişdirən Masallı sakini saxlanılıb (FOTO)

Həyətindəki istixanada narkotik tərkibli bitkilər yetişdirən
Masallı sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Masallı
Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun
Nəzəroba kənd sakini Elman Zamanov saxlanılıb. Onun yaşadığı evin
həyətindəki istixanada əkərək kultivasiya yolu ilə yetişdirdiyi
ümumi çəkisi 13 kiloqrama yaxın olan 60 ədəd narkotik xassəli
çətənə bitkiləri aşkar edilərək götürülüb.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat
tədbirləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul
olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş
Niyazi Quliyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən hazır
bükümlərdə qablaşdırılmış heroin və metamfetamin aşkarlanaraq
götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Teqlər: