Həyətində narkotik əkən Saatlı sakininə cinayət işi açılıb (FOTO)

Xəbər - Samir Əli – Trend:

Saatlı sakininin həyətindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Mustafabəyli kənd sakini Fariz Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Teqlər: