![Heydərov işdən çıxardığı generalın yerinə onu təyin etdi Heydərov işdən çıxardığı generalın yerinə onu təyin etdi](https://azertimes.az/wp-content/uploads/heyderov-isden-cixardigi-generalin-yerine-onu-teyin-etdi-300x191.jpg)
![](https://azertimes.az/wp-content/uploads/heyderov-isden-cixardigi-generalin-yerine-onu-teyin-etdi.jpg)
Fövqəladə Hallar Nazirliyində (FHN) struktur dəyişikliyi olub.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.
Digər əmrlə o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib. Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.
Qeyd edək ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.