Heydər Əliyev prospektində qəza olub – Yolda tıxac var (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bakıda baş verən yol qəzası tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumatına görə, hadisə Heydər Əliyev prospektində (Əsas yol -“Koroğlu” m/st. istiqamətində Bağırov körpüsünü keçəndən sonra) qeydə alınıb.

Hazırda yolda hər iki istiqamətdən sıxlıq var.

Teqlər: