Heydər Əliyev prospektində ağır qəza: Sürət həddi azaldıldı (FOTO)

Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin
hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, sıxlıq
ağır yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Şəhər mərkəzi və “Koroğlu” m/st-sı istiqamətində əsas və köməkçi
yollarda avtomobillərin hərəkəti çətinləşib.

Qəza ilə əlaqədar ASK Arenadan Koroğlu istiqamətində zolaqlar
üzrə sürət həddi 20 km/saat azaldılıb.

Teqlər: