“Heydər Əliyev irsini öyrənirik”: FHN-də tədbir – Foto

“Heydər Əliyev irsini öyrənirik”: FHN-də tədbir – Foto

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi polkovnik Mustafa Rəcəbov və xidmətin şəxsi heyəti, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin şöbə müdiri Fərid Gülməmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov iştirak edib.

Tədbirdə, əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızın müstəqilliyi və inkişafı yolunda əvəzsiz xidmətlərindən danışaraq, Dahi Rəhbərin zəngin irsindən bəhs ediblər. Qeyd olunub ki, məhz Ulu Öndərin müdrikliyi, siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmiz ötən əsrin 90-cı illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq sürətli inkişaf yoluna qədəm qoydu.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edərək bu gün dünya dövlətləri arasında özünəməxsus yeri ilə seçilir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Teqlər: