Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti cümə günü –
aprelin 1-də Aktau şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna
ilk reysini həyata keçirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən
AzerTimes-a verilən məlumata görə,
Qazaxıstanın ilk aşağıbüdcəli aviaşirkəti olan “FlyArystan” – “Air
Astana” aviaşirkətinin struktur bölməsidir.
Bu həftədən etibarən aviaşirkət Aktau-Bakı-Aktau marşrutu üzrə
həftədə iki dəfə – cümə və bazar günləri uçuşlar həyata
keçirəcək.
“FlyArystan” aviaşirkətinin ilk reysinin Heydər Əliyev
Beynəlxalq Aeroportunda necə qarşılandığı haqqında qeyd edilən
videoçarxda baxa bilərsiniz:
Xatırladaq ki, aprel ayında Azərbaycanın aşağıbüdcəli
aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti də Qazaxıstana
uçuşlar həyata keçirməyə başlayacaq. Belə ki, 5 aprel tarixindən
etibarən aviaşirkətin Bakı-Aktau – Bakı marşrutu üzrə reysləri
həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata
keçiriləcək.
Səyahət etməzdən əvvəl bütün sərnişinlərə COVID-19 pandemiyası
zamanı qüvvədə olan hər iki ölkəyə giriş qaydaları haqqında son
məlumatlarla tanış olmaları tövsiyə olunur.