Heydər Əliyev Azərbaycanda ordu quruculuğu prosesinin banisidir – General-leytenant (FOTO/VİDEO)

Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun banisi, Silahlı
Qüvvələrimizin memarıdır. Ulu öndər hakimiyyətə gələndə ordu yox
idi, olan-qalan hərbi infrastruktur o zamankı səriştəsiz rəhbərlik
tərəfindən məvh edilmişdi, pərakəndə silahlı dəstələr fəaliyyət
göstərirdi. Bunun nəticəsi idi ki, Ermənistan Azərbaycan
ərazilərini tez bir müddətdə işğal etdi”.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə müsahibəsində keçmiş korpus komandiri, ehtiyyatda
olan general-leytenant, hərbi ekspert Yaşar Aydəmirov deyib.

General-leytenant bildirib ki, Heydər Əliyev ilk gündən ordunu
cəmləşdirdi, cəbhədə xeyli uğurlar qazanıldı:

“Ulu öndərin bir çağırışı ilə minlərlə vətəndaş səfərbər oldu,
ordu birləşmələri yaradıldı və Horadiz, Beyləqan istiqamətində
işğalçı düşmənə layiqli zərbələr endirildi. Çünki, Heydər Əliyevə
inam, etibar var idi. Bütün xalq ona güvənirdi”, – deyə o əlavə
edib.

Y.Aydəmirov bildirib ki, hələ sovetlər dönəmində ulu öndərin
milli kadrları hərb sənətinə cəlb etməsi, azərbaycanlıları hərbi
təhsil üşün ittifaqın müxtəlif hərbi məktəblərinə göndərməsi
uzaqgörən siyasət idi:

“Heydər Əliyev Azərbaycanın gələcəyini düşünürdü, milli
kadrların hərb sənətinə yiyələnməsi, onların peşəkar zabit kimi
yetişməsi üçün bütün imkanlardan istifadə edirdi. Heydər Əliyevin
göndərişi ilə hərbi təhsil alan gənclərimiz müstəqillik illərində
milli ordumuzun kadr potensialının formalaşmasında mühim rola malik
oldular”.

Videomüsahibəni təqdim edirik.

Teqlər: