Heydər Əliyev ailə qurmasından danışır – Video

Heydər Əliyev ailə qurmasından danışır – Video

Ümummili liderin vəfatının 20-ci ildönümü ilə bağlı bu gün paylaşılan videolar arasında Heydər Əliyevin ailə qurması ilə bağlı xatirəsi xüsusi izlənilir.

AzerTimes xəbər verir ki, Heydər Əliyev nəinki dəbdəbəli, heç adi toy mərasimi də etmədiyini, şahidlərsiz ailə qurduğunu bu cür nəql edir:

“Mən mərhum həyat yoldaşım Zərifə xanımla 2-3 il idi ki, evlənmək istəyirdim. Zərifə xanımla artıq müəyyən vaxt danışırdıq. Amma şəraitim, evim yox idi. 1-2 il gözləməli olduq ki, ev alım. Sonra 2 otaqlı ev aldım.

Biz Zərifə xanımla indiki Yusif Məmmədəliyev küçəsində gəzirdik. Qarşımıza VADQ bölməsi çıxdı. Nə şahid, nə iştirakçı, nə də üzük var idi. Bir qadın oturmuşdu. Dedik ki, biz kəbin kəsdirmək istəyirik. Təntənəli nitqlər olmadan razı olub-olmadığımızı soruşdu və biz sonda imza atdıq. 1954-cü ildə evləndim. Kəbin kağızımızı verdilər. Ordan çıxdıqdan sonra “Nizami” kinoteatrının yanında mağaza var idi. Ordan 1 kiloqram “Mişka” konfeti aldıq. Dəniz kənarında Zərifə xanımın ailəsinin evinə getdik. Anasına və qohumlarına dedik ki, biz artıq kəbin kəsdirmişik. 1 kiloqram konfet də gətirmişəm ki, ağzınızı şirin edin…”

Teqlər: