STEAM kurikulumu üzrə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Azərbaycanda və İsraildə təşkil etdiyi təlimlərdə
iştirak etmişəm. Ölkədə keçirilən STEAM və Robototexnika
yarışlarında mentor və komanda rəhbəri kimi iştirak etmişəm.
Kompleksimizdə 4 ildən çoxdur ki, STEAM fənni tədris olunur və
bu il özəl məktəblər arasında ilk tam təchiz olunmuş STEAM
mərkəzinin açılışını etdik. Mərkəzimiz ən son model 3D printer,
Arduiono, Robotics, CNC lazer aparatı və bir çox digər
avadanlıqlarla təchiz olunmuşdur. Bu, şagirdlərə praktik
bacarıqlar, nəzəri bilikləri möhkəmləndirmək, eyni zamanda
proqramlaşdırma vərdişlərini aşılayır. Şagirdlərimiz dəfələrlə həm
ölkəmizdə, həm də ölkə xaricində keçirilən İnnovativ olimpiadaların
qalibləri olmuşlar.
İlk öncə qürur hissə ilə qeyd etmək istərdim ki, Müasir Təhsil
Kompleksi olaraq Türkiyədə keçirilən “Teknofest” festivalında
Azərbaycanı təmsil edən ilk məktəb biz olmuşuq. Ötən il Türkiyədə
keçirilən festivalda Azərbaycanı “Start up” olaraq mən və şagirdim
İmran Nəsibov “Zəfər yolu” kosmik gəmisi ilə təmsil etmişik. Təqdim
etdiyimiz lahiyənin əsas məqsədi kosmosda uzun müddətli yaşamanın
təmin olunması problemini aradan qaldırmaq idi. Lahiyəmiz
ziyarətçilərin böyük marağına səbəb olmuşdur. Daha sonra isə,
lahiyəmiz Özbəkistanda keçirilən festivala dəvət almış və uğurla
Azərbaycanı təmsil etmişik.
2022-ci ilin may ayında isə ilk dəfə Azərbaycanda Teknofest
keçiriləcək və şagirdlərmiz komanda şəklində bir neçə kateqoriya
üzrə festivalda iştirak edəcəklər. Xatırladaq ki, Heydər Əliyev
adına Müasir Təhsil Kompleksi “Teknofest-2022” festivalının rəsmi
akademik tərəfdaşıdır.
Kompleksimiz “Baku Skills” kateqoriyası üzrə 4, “Green Tech”
kateqoriyası üzrə isə 2 komanda ilə lahiyələrini təqdim etməyi
planlaşdırırlar.
“GreenTech” üzrə komandalarımız 2 fərqli mövzu üzrə probləmlərə
müasir yanaşma metodlarını seçmişlər. Şagirdlərimizin
lahiyələrindən biri daimi külək əsən nöqtələrdən alternativ enerji
mənbəyi əldə etməkdir. Məktəb dərsləri ilə yanaşı, şagirdlərimiz
Mərkəzə gələrək komanda şəklində müxtəlif iş bölgüləri ilə
lahiyənin prototipini hazırlayırlar. Hazırlıq mərhələsi, demək
olar, hər gün davamlı şəkildə keçirilir. Gördükləri iş nə qədər
çətin və gərgin olsa da, o qədər də əyləncəli və məqsədyönlü
olduğundan şagirdlərimiz ümid edirik ki, yorulmurlar. gFUTURE adı
ilə seçilən komanda lahiyələrinin gələcəkdə ,həqiqətən də, işıq üzü
görəcəyinə çox inanırlar.
“Baku skills” üzrə isə öncə qeyd etdiyim kimi bir neçə
komandamız final mərhələsinə hazırlaşır. Öncəki mərhələdə verilən
tapşırıq modeli çap etmək idisə, bu mərhələdə şagirdlərimiz
hərəkətli modellər hazırlayıblar. Yəni prototipin hər hansı hissə
və yaxud hissələri müxtəlif üsullarla hərəkət edir. Məsələn
avtomobil təkəri, protez əl və s.
Sonda isə nəinki Kompleksimizin şagirdlərinə, eyni zamanda bütün
iştirakçılara uğurlar arzulayıram. Yaşıl enerjinin, süni
intellektin, robotexnikanın inkişafı dönəmində inanıram ki,
gələcəyi yaxınlaşdırmaq bizim kiçik mühəndislərin əlindədir.
Ələsgər Əsədov,
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin STEAM Mərkəzi
rəhbəri