Həyat yoldaşını qətlə yetirən kişinin məhkəməsi başlayır

Xəbər - Samir Əli – Trend:

Saatlıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Qadir Şirinovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, təqsirləndirilən şəxsin cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə məhkəmə prosesinə hakim Əli Əliyev sədrlik edəcək.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Saatlı rayonunun Orta Muğan kəndində kənd sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqla qətlə yetirib.

Q.Şirinov polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Teqlər: