Hesablama Palatası audit nəticəsində 34,2 milyon manatı bərpa edib

Hesabat ilində 11 maliyyə auditi keçirilib. 2021-ci ildə maliyyə
auditi üzrə 600 min manatın bərpası ilə bağlı tədbirlər müəyyən
edilib.

AzerTimes-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar
Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının
2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı
deyib.

O qeyd edib ki, həyata keçirilən uyğunluq auditləri hüquqi
aktlarda bəzi meyarların təsbit olunmadığını göstərir. “Bəzi
obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur.
Ümumilikdə həyata keçirilən uyğunluq auditi üzrə 34,2 milyon
manatın bərpası ilə bağlı tədbirlər müəyyən edilib”, – deyə o
bildirib.

Teqlər: