Hərbi təxribat: Rusiya Bakıya dəstək verəcək – Markov

Hərbi təxribat: Rusiya Bakıya dəstək verəcək – Markov

Qarabağda hərbi toqquşmalar yaşanıb. Səbəblərə baxaq: Laçın yolunda yerləşən Azərbaycan “ekoloji postu” Ermənistana Qarabağa silah ötürməyə imkan vermir. Buna görə də Ermənistan başqa marşrutla silah ötürməyə başlayıb. Üçtərəfli razılaşmaya əsasən, Ermənistanın başqa yollardan istifadə etmək, Qarabağda öz ordusuna sahib olmaq hüququ yoxdur. Ona görə də Azərbaycan Ermənistandan Qarabağa gedən silahlarla maşını saxlayıb. Atışma olub. İndi Azərbaycan, görünür, bu yolda tamhüquqlu hərbi gömrük postunun yaradılmasını tələb edəcək, silahların başqa yollarla daşınmasının qarşısını almaq üçün öz qoşunlarını gücləndirəcək.

AzerTimes xəbər verir ki, bunu erməni separatçılarının Qarabağda törətdiyi təxribatı şərh edən rusiyalı politoloq Sergey Markov deyib.

“Rusiya Azərbaycana daha çox dəstək verəcək. Çünki Ermənistan getdikcə daha çox Rusiyanın düşmənlərinə doğru irəliləyir. İrəvan AB-nin 100 nəfərlik hərbi-mülki missiyasını, əslində isə NATO-nun desantını təzəcə əldə edib. Yeganə məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır”, – o bildirib.

Teqlər: