Gürcüstan parlamentində əlbəyaxa dava – Video

Gürcüstan parlamentində əlbəyaxa dava – Video

Gürcüstan parlamentinin üzvləri arasında yenidən münqişə yaranıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.

Məlumata görə, dava xarici agentlər haqqında qanun layihəsinə baxılarkən baş verib. Mübahisə hakim “Gürcü arzusu” partiyasından olan deputat Anri Oxanaşvili ilə müxalifət nümayəndələri arasında yaranıb.

Nəticədə bəzi parlamentarilər – müxalifətdəki “Strategiya Aqmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze və Milli Hərəkatın sədri Levan Xabeişvili binanı tərk etməli olublar. Bundan sonra texniki fasilə elan edilib.

Teqlər: