Hərbi qulluqçuların vaksinasiyası könüllülük əsasında həyata keçirilir – MN

Xəbər - Samir Əli – Trend:

Müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.

Teqlər: