Hərbi qulluqçularımız qəzaya düşərək həlak oldu – MN

Hərbi qulluqçularımız qəzaya düşərək həlak oldu – MN

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olub.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Faktla bağlı araşdırma aparılır.

Teqlər: