Hərbi qulluqçular arasında hərbiləşdirilmiş kross birinciliyi keçirilib (FOTO)

Quru Qoşunlarının 2022-ci il hazırlıq planına uyğun olaraq hərbi
qulluqçular arasında hərbiləşdirilmiş kross birinciliyi
keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və
ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib.

Qoşun növlərini və birləşmələri təmsil edən 12 komanda
birincilik uğrunda mübarizə aparıb.
Hərbi qulluqçular atış, qumbaraatma və kross qaçışı üzrə yarışlarda
güclərini sınayıblar.
Yekun nəticələrə əsasən “Kəlbəcər”, “Bərdə” və “Beyləqan”
komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə
qərarlaşıblar.

Sonda qaliblər diplom, fəxri fərman və medallarla
mükafatlandırılıb.

Teqlər: