Hərbi Prokurorluq ləğv edilə bilər? – Professor

Hərbi Prokurorluq ləğv edilə bilər? – Professor

Fikrimcə, Hərbi Prokurorluq orqan kimi öz fəaliyyətini davam etdirməlidir. Hazırda dünyanın bir çox ölkəsində – Türkiyə, ABŞ, o cümlədən Avropa dövlətlərində – Hərbi Prokurorluq mövcuddur. Çünki adından da göründüyü kimi, həmin orqanın fəaliyyəti xüsusi sahə sayılan hərbi sahə ilə bağlıdır.

Bu sözləri AzerTimes-a Hərbi Prokurorluğun ləğvi barədə son dövrdə səsləndirilən fikirlər haqqında danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Professor ölkəmizdə əsas problemin Hərbi Prokurorluğun orqan kimi mövcudluğu ilə deyil, fəaliyyəti ilə bağlı olduğunu bildirib:

“Digər tərəfdən qeyd etmək istəyirəm ki, hərbi sahədə olan məsələlərə mülki məhkəmələr qarışmır. Hətta bəzi ölkələrdə hərbi məhkəmələr də var, ölkəmizdə isə hərbi məhkəmələr ləğv olunub. Azərbaycanda da Hərbi Prokurorluğun olmasında heç bir problem görmürəm. Sadəcə burada əsas məsələ fəaliyyətin düzgün təşkilidir. Düşünürəm ki, ölkəmizdə Hərbi Prokurorluqla əlaqədar problem bununla əlaqədardır. Bu isə ayrıca bir müzakirə mövzusudur”.

Teqlər: