Xəbər - Samir Əli – Trend:
Hərbi Prokurorluq əməkdaşları müharibə dövründə hərbi qulluqçularımızla çiyin-çiyinə səngərlərdə olublar.
AzerTimes-ın məlumatına görə, bunu 1 oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü ilə bağlı cümə günü keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.
K.Əliyev qeyd edib ki, həm vətən müharibəsində, həm də ondan sonrakı dövrlərdə görülən tədbirlərdə prokurorluq əməkdaşları da iştirak ediblər.
O bildirib ki, Vətən müharibəsi dövründə prokurorluq əməkdaşlarından da döyüşlərdə iştirak edənlər olub: “Digər qrupumuz isə müharibə dövründə törədilən cinayətlərin istintaqı ilə bağlı bir çox işlər aparılıb. Bu prosesdə Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının əməyini xüsusi qeyd etmək istəyirəm. Hərbi Prokurorluq əməkdaşları müharibə dövründə hərbi qulluqçularımızla çiyin-çiyinə səngərlərdə olublar”.