“Elektron prokurorluq” sisteminin yaradılması ilə bağlı işlər görülür

Xəbər - Samir Əli – Trend:

Azərbaycanın prokurorluq orqanlarında “Elektron prokurorluq” sisteminin yaradılması ilə bağlı zəruri işlər görülür.

AzerTimes-ın məlumatına görə, bunu 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 103-cü ildönümü ilə bağlı cümə günü keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, proqramın tətbiqi ilə bağlı tədbirlər davam etdirilir: “Bununla bağlı işlərə başlanılıb. Yaxın vaxtlarda proses başa çatacaq və “Elektron prokurorluq” sistemi istifadəyə veriləcək”.

Teqlər: