Hərbi prokurorluq Ağdamda əsgərin minaya düşməsi ilə bağlı araşdırmalara başladı

Ağdam Hərbi Prokurorluğu Daxili Qoşunların əsgərinin minaya
düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki,
mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi
qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam
rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli
bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat
daxil olub.

Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun
əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün
əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb,
izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər
zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Ağdam hərbi prokurorluğunda araşdırma davam etdirilir və
qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin
görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin
ediləcək.

Teqlər: