Hərbi komissar səfərbərlik çağırışına görə üzr istədi

Hərbi komissar səfərbərlik çağırışına görə üzr istədi

Dərbənd, Dərbənd rayonu və Dağıstan İşıqları şəhərinin hərbi komissarı Fərid Musayev qismən hərbi səfərbərliklə bağlı çağırışlara görə üzr istəyib.

AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bu gün səsgücləndiricilər vasitəsilə yayılan yanlış məlumata görə üzr istəyirəm. Sakinlərdən təmkinli olmalarını və panikaya düşməmələrini xahiş edirik. Səfərbərlik məsələsində heç bir dəyişiklik olmayıb. Əvvəldən göstərilən vətəndaşlar çağırılır. Prezidentin qismən səfərbərlik haqqında sərəncamına əsasən işlər həmişəki qaydada davam etdirilir”, – deyə hərbi komissar bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə şəhərin küçələri ilə hərəkət edən avtomobildən səsgücləndiricilərlə “bütün kişi vətəndaşlar hərbi komissarlığa” çağırışı edildiyi məlum olmuşdu. Bu görüntülərə Dağıstan rəhbəri Sergey Məlikov da bu çağırışa qəzəblənərək aqressiv reaksiya vermişdi.

Teqlər: