Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi
İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümünə həsr olunan idman yarışı keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, mərasimdə ulu öndər Heydər Əliyevin və
Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa
olunub.
Kursantlar idmanın yüngül atletika, güləş, kikboks, pentatlon,
futbol, voleybol və digər növləri üzrə təşkil olunan yarışlarda öz
güclərini sınayıblar.
Sonda yekun nəticələrə əsasən qalib olan komandalara diplom,
kubok və medallar təqdim olunub.