Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü münasibətilə Müdafiə Nazirliyinin
tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı
təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, plana uyğun olaraq şəxsi heyət Heydər Əliyev
mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin
şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş
etdirilib, “dəyirmi masa”lar, digər mədəni-kütləvi tədbirlər təşkil
olunub.

Teqlər: