Hərbi hissələrdə təlim-metodiki məşğələlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi hissələrdə
komandir heyəti ilə ideoloji iş və mənəvi-psixoloji təminatın,
eləcə də hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi
sahəsində işin səmərəliliyinin artırılması məqsədilə təlim-metodiki
məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və
Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir
Orucov Azərbaycan Ordusunda nizam-intizamın yüksəldilməsi sahəsində
həyata keçirilən islahatlardan və bu sahədə ideoloji iş və
mənəvi-psixoloji təminat üzrə zabitlərin üzərinə düşən vəzifələrdən
danışıb.

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının
yüksəldilməsi və baş verə biləcək neqativ halların qarşısının
alınması məqsədilə profilaktik tədbirlərin effektivliyinin
artırılması üçün metodiki tövsiyələr verilib. Keçirilən
məşğələlərdə və aparılan müzakirələrdə komandir heyətinə ideoloji
iş və mənəvi-psixoloji təminat sahəsində rəhbər sənədlərin
hazırlanması, həmçinin onların icrası ilə bağlı nəzəri və praktiki
köməklik göstərilib.

Təlim-metodiki məşğələlərdə Müdafiə Nazirliyinin müxtəlif idarə
və hərbi hissələrinin zabitləri Azərbaycan Ordusunun döyüş
qabiliyyətinə təsir edən mövzular ətrafında fikir mübadiləsi
aparıblar.

Teqlər: