Hərbi helikopter qəzaya uğradı: 9 ölü

Hərbi helikopter qəzaya uğradı: 9 ölü

Kolumbiyanın Bolivar şəhərinin cənubunda hərbi helikopter qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X səhifəsində məlumat verib.

O bildirib ki, hadisə ölkənin ən böyük narkotik kartelinə qarşı əməliyyat zamanı baş verib:

Belə ki, əsgərlərin olduğu helikopter “Körfəz Klanı” narkotik kartelinə qarşı əməliyyatda iştirak edən hökumət qoşunlarını təchizatla təmin edirmiş. Qəza nəticəsində helikopterdə olan 9 ekipaj üzvünün hamısı ölüb”.

Qeyd edək ki, ölkənin ən böyük narkotik karteli olan “Körfəz Klanı” Kolumbiyada uzun illərdir davam edən daxili silahlı münaqişədə fəal iştirak edir.

Teqlər: