Burkino-Fasoda silahlıların Djibo şəhərində hərbi bazaya hücumu nəticəsində ən azı 10 hərbçi ölüb, 50-yə yaxını isə yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Silahlıların həmçinin telekommunikasiya infrastrukturuna aid bir neçə obyekti məhv etdiyi də bildirilib.