ABŞ ordusu Ukraynaya daxil olur?

ABŞ ordusu Ukraynaya daxil olur?

ABŞ Prezidenti Co Bayden Ukraynaya qoşun göndərməmək yönündə qərarını dəyişdirməyib.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Ali Baş Komandanın ABŞ hərbçilərinin Ukrayna torpaqlarında döyüşlərdə iştirak etməyəcəyi ilə bağlı qərarında heç bir dəyişiklik yoxdur. Bu dəyişməyib.

“101-ci hava-desant komandanlığının sözləri ilə bağlı danışa bilmərəm, bilirəm ki, onlar bir neçə müttəfiqimizlə NATO təlimlərində iştirak edir. Lakin prezident açıq şəkildə bildirdi. ABŞ silahlı qüvvələri Ukrayna ərazisində döyüşməyəcək” , – deyə o bildirib.

Qeyd edək ki, Rumıniyada səfərdə olan ABŞ 101-ci hava-desant diviziyasının komandiri hərbi eskalasiyanın, NATO-ya hücumun baş verəcəyi təqdirdə ABŞ ordusunun Ukraynaya daxil olacağını istisna etməmişdi.

Teqlər: