Hərbçimiz minaya düşdü

Hərbçimiz minaya düşdü

16:36

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi – 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb.

AzerTimes Report-a istinadla xəbər verir ki, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

N.Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.

Teqlər: